Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya tərəfi 205 hərbçisini vətənə qaytarıb, bunun müqabilində isə Ukrayna Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu qarşı tərəfə təhvil verilib.
Moderator.az xəbər verir ki, mübadilə barədə rəsmi açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rus hərbi qulluqçularının əsirlikdən azad edilməsi prosesində vasitəçi qismində iştirak edib.