Abbas Əraqçi: Əməkdaşlıq yeganə xilas yoludur
Dünya
145
18:17, Bu gün

Abbas Əraqçi: Əməkdaşlıq yeganə xilas yoludur

Birtərəflilik dövründə əməkdaşlıq yeganə xilas yoludur.

Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Hindistanda keçirilən "BRICS 2026" xarici işlər nazirlərinin görüşündə deyib.

"Davamlılıq, innovasiyalar, əməkdaşlıq və sabitlik üçün şəraitin yaradılması" adlı görüşdə A. Əraqçi bildirib ki, bu gün ölkələr dünyanın tarixi yolayrıcında dayanıb. "Köhnəlmiş və səmərəsiz strukturların qorunub saxlanması, yaxud ədalət və tarazlığa əsaslanan yeni reallığa keçid dövrüdür", - o bildirib və əlavə edib ki, müasir dünyada innovasiyalar təkcə texnoloji tərəqqi deyil, həm də idarəetmə və inkişaf modellərinə yeni yanaşmalardır.

Onun sözlərinə görə, bugünkü dünya iqtisadi, ekoloji və təhlükəsizlik sahələrində daimi sarsıntılarla üzləşir: "Mövcud sistemlər bu sarsıntılar qarşısında çox həssas olduqlarını göstərib.

Birtərəfliliyin və təcridin artdığı bir dövrdə əməkdaşlıq yeganə xilas yoludur. Lakin biz müvəqqəti ittifaqlar axtarmırıq; biz struktur və sinergetik əməkdaşlığa can atırıq".

Əraqçinin fikrincə, əsl əməkdaşlıq sadəcə bəsit sazişlərin imzalanması deyil:

"Elə bir platforma yaratmaq lazımdır ki, orada əməkdaşlığımız malların ticarəti səviyyəsindən dəyər zəncirlərinin inteqrasiyasına və mühüm infrastruktura birgə investisiya qoyuluşuna qədər yüksəlsin".

Qeyd edək ki, BRICS qlobal iqtisadi və siyasi idarəetmədə Qərbin üstünlüyünə qarşı balans yaratmaq məqsədilə formalaşdırılmış hökumətlərarası alyansıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər