ABŞ-də ərini qətlə yetirən qadın ömürlük həbs edildi
Dünya
202
17:30, Bu gün

ABŞ-də ərini qətlə yetirən qadın ömürlük həbs edildi

Amerika Birləşmiş Ştatlarının Yuta ştatının məhkəməsi 36 yaşlı Kouri Riçins barəsində həyat yoldaşını qətlə yetirməsi ittihamı ilə ömürlük azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Spiegel" nəşri yayımlayıb.

Hadisə 2022-ci ilin mart ayında baş verib. Qadın həyat yoldaşı Erik Riçins üçün hazırladığı içkiyə ölümcül miqdarda sintetik opioid sayılan fentanil qatıb. Məhkəmə prosesi zamanı mərhumun üç övladı analarına ən ağır cəzanın - ömürlük həbsin verilməsini tələb ediblər.

Prosesdə hakimlər tərəfindən uşaqlardan birinin yazdığı məktub oxunub. "Sən mənim və qardaşlarımın bütün həyatını məhv etdin. Həbsdən heç zaman çıxmağını istəmirəm, çünki sən azadlıqda olarkən mən özümü güvəndə hiss edə bilmərəm", - deyə məktubda qeyd edilib.

Cinayəti törətdikdən sonra Riçins "Sən mənimləsən?" adlı uşaq kitabı çap etdirib. Nəşrdə atası vəfat edən və onun indi qoruyucu mələk kimi yanında olduğuna inanan bir uşağın hekayəsindən bəhs edilir. Bundan əlavə, məhkəmə heyəti qadını saxtakarlıq, sığorta fırıldaqları və qəsdən adam öldürməyə cəhddə (hadisədən bir il öncə də ərini içinə fentanil doldurulmuş sendviç vasitəsilə zəhərləməyə cəhd göstəribmiş) təqsirkar hesab edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər