Nikol Paşinyan:
Dünya
243
16:00, Bu gün

Nikol Paşinyan: "Robert Koçaryan həbs olunmalıdır"

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Robert Koçaryan həbs olunmalıdır.

Moderator.az xəbər verir ki, bu barədə newsarmenia.am saytı məlumat yayıb.

"1 mart işi" üzrə məhkum edilmiş və sonradan bəraət almış bir insan kimi deyə bilərəm ki, ədalət mühakiməsi zəfər çalmalıdır. Başqa cür ola bilməz. Şəxsən məsuliyyət daşıyan şəxslər var", - deyə Ermənistan lideri bildirib.

Onun sözlərinə görə, "1 mart işi" 100% açılıb və Ermənistanın hüquq-mühafizə orqanları Robert Koçaryanı məsuliyyətə cəlb etməlidirlər və həbs olunmalıdır.

Paşinyan bəyan edib ki, bu, baş verməyənə qədər hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə olduğuna inandıra bilməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər