Mikroavtobus uçuruma aşdı - Ölənlər və yaralananlar var
Dünya
245
19:40, Bu gün

Mikroavtobus uçuruma aşdı - Ölənlər və yaralananlar var

Pakistanın şimal bölgəsində sərnişin daşıyan mikroavtobusun uçuruma düşməsi nəticəsində azı 11 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Dunya News" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, qəza Xayber-Paxtunxva vilayətinin Svat bölgəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Hazırda faciənin başvermə səbəbləri araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər