Leninin nəslindən olan Yelena Ulyanova öldü
Dünya
151
19:57, Bu gün

Leninin nəslindən olan Yelena Ulyanova öldü

Vladimir Leninin qardaşı nəvəsinin qızı olan Yelena Ulyanova 47 yaşında vəfat edib. Onun mayın 8-də dünyasını dəyişdiyi bildirilir.

Moderator.az bildirir ki, mayın 11-də "Qorki Leninskiye" muzey-qoruğunun mətbuat xidməti bu barədə "RİA Novosti" agentliyinə açıqlama verib.

Mərhumun kəskin infeksiya nəticəsində öldüyü qeyd olunur. Muzey əməkdaşlarının sözlərinə görə, Y.Ulyanova tarixi liderin birbaşa varisi hesab edilmirdi. Bu soy xətti Leninin kiçik qardaşı Dmitri Ulyanovun nəslindən gəlirdi.

1978-ci ildə Moskva şəhərində anadan olan Y.Ulyanova 1993-1997-ci illərdə ABŞ və Fransada təhsil alıb. Vətənə qayıtdıqdan sonra o, aktiv ictimai fəaliyyətə qoşulub və Rusiya Federasiyası Kommunist Partiyasının ("KPRF") sıralarına daxil olub.

Ömrünün son illərində o, "Qorki Leninskiye" muzeyində keçirilən proqram və ekskursiyalarda iştirak edib. Bununla da Y.Ulyanova nənəsi, Leninin qardaşı qızı Olqa Ulyanova tərəfindən əsası qoyulan tarixi irsin qorunması ənənəsinə sadiq qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər