Nərgiz Məhəmmədi azadlığa buraxıldı
Dünya
228
12:50, Bu gün

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.
 
Moderator.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
 
Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.
 
Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildirmişdilər.
 
"Nərgiz Məhəmmədinin həyatı təhlükədədir", - deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama vermişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər