Çin “Tyançjou-10” yük kosmik gəmisini orbitə göndərdi
Dünya
272
09:48, Bu gün

Çin “Tyançjou-10” yük kosmik gəmisini orbitə göndərdi

Çin “Tyançjou-10” yük kosmik gəmisini milli “Tyanqun” orbital stansiyasına doğru uğurla orbitə buraxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi məlumat yayıb.
 
Buraxılış Haynan əyalətində yerləşən Vençan kosmodromundan yerli vaxtla saat 08:14-də “Çançjen-7” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.
 
Məlumata əsasən, startdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən uğurla ayrılıb və nəzərdə tutulan orbitə çıxıb. Günəş panellərinin normal şəkildə açıldığı bildirilib.
 
Qeyd olunur ki, “Tyançjou-10” yaxın vaxtlarda “Tyanqun” orbital stansiyası ilə birləşəcək.
 
Kosmik yük gəmisi orbitə açıq kosmosa çıxış üçün bir skafandr, yanacaq, kosmonavtlar üçün ərzaq ehtiyatı və elmi təcrübələr üçün avadanlıqlar çatdıracaq.
 
Bu, “Tyançjou” seriyasından olan yük kosmik gəmilərinin 10-cu uçuşudur. Hazırkı missiya isə Çinin pilotlu kosmik proqramı çərçivəsində 39-cu, “Çançjen” raketləri üçün isə ümumilikdə 641-ci buraxılış hesab olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər