Yük vaqonunda 6 nəfərin meyiti tapıldı
Dünya
240
09:28, Bu gün

Yük vaqonunda 6 nəfərin meyiti tapıldı

ABŞ-nin Texas ştatının Laredo şəhərində yük qatarının vaqonunda altı nəfərin meyiti tapılıb.
 
Bu barədə "The New York Times" məlumat yayıb.
 
Qeyd olunub ki, meyitlər dəmiryolu yük terminalında daşıyıcı şirkət əməkdaşı tərəfindən aşkarlanıb. Ölənlərin ABŞ-yə keçməyə çalışan miqrant olub-olmadığı və ölüm səbəbləri hələlik müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Laredo şəhəri ABŞ-Meksika sərhədində, San-Antoniodan təxminən 260 kilometr cənub-qərbdə yerləşir.
 
Son illərdə ABŞ sərhədinə yaxın ərazilərdə yük maşınlarında və qatar vaqonlarında çoxsaylı ölüm halları qeydə alınıb. Bu hadisələrin əksəriyyətində qurbanların miqrant olduğu bildirilir. Onların çoxu qapalı vaqonlarda temperaturun kəskin yüksəldiyini nəzərə almayaraq havasızlıqdan həyatlarını itiriblər.
 
Hadisənin baş verdiyi gün Laredoda havanın temperaturu 32 dərəcəni keçib. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər