Putin Zelenski ilə görüş ehtimalından danışdı
Dünya
238
09 May 2026 | 23:30

Putin Zelenski ilə görüş ehtimalından danışdı

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə üçüncü ölkədə görüş keçirməyin mümkün olduğunu bildirib.
 
Putin bu barədə Kremldə jurnalistlərlə görüşü zamanı danışıb.
 
Rusiya prezidentinin sözlərinə görə, belə bir görüş yalnız sülh danışıqları yekun mərhələyə çatdıqdan sonra baş tuta bilər.
 
"Üçüncü ölkədə görüşmək olar, lakin bu, yalnız uzunmüddətli tarixi perspektiv üçün nəzərdə tutulan sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edilərsə mümkün olacaq", - deyə Vladimir Putin bildirib.
 
O əlavə edib ki, hazırkı mərhələdə Volodimir Zelenski danışıqlar aparmaq üçün Rusiyaya gələ bilər.
 
"Kim görüşmək istəyirsə, gəlsin", - deyə Putin vurğulayıb.
 
Rusiya Prezidenti həmçinin qeyd edib ki, hazırda Rusiya-Ukrayna münaqişəsi sona yaxınlaşır.
 
"Mən düşünürəm ki, məsələ sona doğru gedir", - deyə Putin bildirib.
Link kopyalandı!
Son xəbərlər