Şükürbəyliyə köçən müəllimə:
Siyasət
150
22:53, Bu gün

Şükürbəyliyə köçən müəllimə: "Sizə minnətdarıq" - VİDEO

"Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram. Mən müəlliməm. Bir məsələni yada salmaq istəyirəm. Bu gün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, ulu öndərimizin doğum günü ərəfəsindəyik, onu biz bütün respublika səviyyəsində qeyd edirik".
 
Moderator.az xəbər verir ki, bunu mayın 9-da Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbəti zamanı sakin deyib.
 
"Mən də ulu öndərimizi ürəkdən şəxsən çox sevən, hörmət edən bir müəlliməm, tələbə vaxtımdan da sevmişəm. Onun çıxışlarını dinləyəndə həmişə deyirdi ki, biz Qarabağa qayıdacağıq, o gün gələcək. Möhtərəm Prezident, onun qoyduğu o böyük siyasəti Siz elə bir uğurla davam etdirdiniz ki, bu gün Qarabağ artıq bizimdir. Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanır, insanlar öz doğma yurdlarına qovuşublar. Buna görə Sizə minnətdarıq, təşəkkür edirik", - deyə o qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər