KİV: Xamenei yaralansa da, Tehranın hərbi qərarlarında əsas rol oynayır
Dünya
133
12:30, Bu gün

KİV: Xamenei yaralansa da, Tehranın hərbi qərarlarında əsas rol oynayır

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ-İsrail əməliyyatının ilk günlərində aldığı xəsarətlərə baxmayaraq, hələ də hərbi strategiyanın formalaşmasında mühüm rol oynayır.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ kəşfiyyatı inanır ki, İranın yeni ali lideri yüksəkvəzifəli ölkə rəsmiləri ilə yanaşı, hərbi strategiyanın formalaşmasında həlledici rol oynayır.

Kəşfiyyat hesabatları göstərir ki, Xamenei müharibəyə son qoymaq üçün Tehranın Vaşinqtonla danışıqlarına rəhbərlik etməyə çalışır.

ABŞ kəşfiyyatı onun yerini vizual olaraq təsdiqləyə bilmir. Bir mənbə bildirib ki, qeyri-müəyyənlik qismən Xameneinin heç bir elektron rabitə vasitəsindən istifadə etməməsi, yalnız onu şəxsən ziyarət edə bilən və ya kuryer vasitəsilə mesaj göndərə bilənlərlə əlaqə saxlaması ilə bağlıdır.

Ali rəhbərin bədəninin bir tərəfindəki güclü yanıqlar da daxil olmaqla, xəsarətləri ilə əlaqədar hələ də təcrid vəziyyətindədir", - deyə telekanalın materialında bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər