ABŞ İranın silahlanmasına kömək edən 10 şirkət və şəxsə sanksiya tətbiq etdi
Dünya
130
13:10, Bu gün

ABŞ İranın silahlanmasına kömək edən 10 şirkət və şəxsə sanksiya tətbiq etdi

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Tehranla əlaqələrinə görə 10 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Onlar İran silahlı qüvvələrinin texnologiya və hərbi sursat əldə etməsinə kömək göstərməkdə ittiham olunurlar. Siyahıya Çin və Honkonqdan olan subyektlər də daxildirlər.

Moderator.az xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində bəyanat yayımlanıb.

"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın hərbi strukturlarına "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) və ballistik raket proqramları üçün zəruri olan xammal və hərbi təchizatın çatdırılmasında iştirak edən Şərqi Avropa, Asiya və Yaxın Şərqdə fəaliyyət göstərən 10 şəxs və müəssisəni aşkarlayıb", - deyə bəyanatda bildirilir.

Sanksiya siyahısına daxil edilənlər sırasında "Armory Alliance" müəssisəsinin rəhbəri - ABŞ kəşfiyyatının məlumatlarına əsasən, uzun illər İranın Belarusdakı silah alqı-satqısında vasitəçilik edən həmin ölkənin Belarus vətəndaşı Məhəmməd Əli Tolibov da yer alır.

Eyni şirkətin əməkdaşı, Belarusda məskunlaşan İran vətəndaşı Məhəmmədməhdi Malekiyə də məhdudiyyətlər tətbiq edilib.

Sanksiyalara məruz qalan şəxslər arasında "Hitex" şirkətinin maliyyə, təchizat və satış proseslərini idarə edən rəsmi nümayəndəsi, Çin vətəndaşı Li Genpinq də var.

"Qara siyahı"ya Çinin "The Earth Eye Co", "Meentropy Technology", "Yushita Shanghai International Trade Co Ltd", Honkonqun "Mustad Limited", "HK Hesin Industry Co Limited", "AE International Trade Co Limited" müəssisələri və Dubayda qeydiyyatda olan "Elite Energy FZCO" şirkəti əlavə edilib.

ABŞ-nin maliyyə naziri Skott Bessent məsələ ilə bağlı deyib:

"Prezident Trampın qətiyyətli liderliyi ilə biz ABŞ hərbçilərinə qarşı istifadə məqsədilə İran ordusunu silahlandıran xarici müəssisə və şəxsləri hədəfə alaraq ölkəmizin təhlükəsizliyini qorumaq üçün lazımi addımları atmağı davam etdirəcəyik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər