Zelenski Rusiyanın atəşkəs təklifini
Dünya
146
22:40, Bu gün

Zelenski Rusiyanın atəşkəs təklifini "qəribə" adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya Müharibəsində qələbənin ildönümündə atəşkəs rejiminin tətbiqi ilə bağlı qərarın qəbul edilməsində Rusiya tərəfinin məntiqini "qəribə" hesab etdiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Ukrayna dəfələrlə Rusiyaya atəşi dayandırmağı təklif edib, Kiyev mayın 6-dan sükut rejimini təmin etməyə hazır idi, lakin Rusiyadan zərbə və hədə cavabları qeydə alınıb.

"Onlar Ukraynadan öz paradlarını keçirmək üçün icazə istəyirlər ki, ildə bir dəfə bir saatlıq, meydana təhlükəsiz çıxsınlar, sonra isə insanlarımızın həlak olduğu hərbi əməliyyatları davam etdirsinlər. Rusiya artıq 9 maydan sonrakı zərbələrdən danışır. Bu, Rusiya rəhbərliyinin qəribə və qeyri-adekvat məntiqidir. Moskvada (hərbi paradda - red.) olmağa hazırlaşan və Rusiyaya yaxın olan bir sıra dövlətlərin nümayəndələri də bizə müraciət ediblər. Bu günlərdə... qəribə istəkdir. Biz tövsiyə etmirik", - Zelenski yazıb.

Qeyd edək ki, Rusiya faşizm üzərində qələbənin ildönümünün qeyd olunması münasibətilə mayın 8-i saat 00:00-dan mayın 10-dək Ukrayna ilə atəşkəs elan edib.

Daha əvvəl Ukrayna Prezidenti Rusiyanın 8 və 9 may tarixlərində atəşkəs barədə bəyanatına cavab olaraq mayın 5-dən 6-na keçən gecə atəşkəs rejiminin tətbiq edildiyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər