Rumıniyalı Olimpiya medalçısı üçün üzücü xəbər - Yarışlardan kənarlaşdırıldı
İdman
133
07 May 2026 | 23:14

Rumıniyalı Olimpiya medalçısı üçün üzücü xəbər - Yarışlardan kənarlaşdırıldı

2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının bürünc medalçısı, rumıniyalı gimnast Ana-Mariya Berbosu yarışlardan müvəqqəti olaraq kənarlaşdırılıb. Buna səbəb idmançının 12 ay ərzində üç dəfə antidopinq qaydalarını pozması olub.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Testləri Agentliyinin (ITA) mətbuat xidməti məlumat yayıb.

"Romania-Insider" nəşrinin məlumatına görə, qayda pozuntularından biri Rumıniyada, digər ikisi isə ABŞ-də qeydə alınıb. Bildirilir ki, 19 yaşlı gimnast hazırda ABŞ-də yerləşən Stenford Universitetində təhsil alır.

Rumıniya təmsilçisi artıq İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib. O, məhkəmədə yerləşdiyi yer barədə məlumatlandırma qaydalarının pozulması ilə bağlı hər üç epizod üzrə arqument və sübutlarını təqdim etmək imkanı əldə edəcək.

Xatırladaq ki, Berbosu 2024-cü il Olimpiadasının bürünc medalını CAS amerikalı gimnast Cordan Çaylzın xallarının yenidən hesablanmasını ləğv etdikdən sonra qazanmışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər