ABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi
Dünya
138
07 May 2026 | 23:17

ABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi

ABŞ-nin Florida ştatında məşhur repçi "Kodak Black" (əsl adı - Bill Kahan Kapri) polis tərəfindən saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Məlumata görə, Bill Kahan Kapri stimullaşdırıcı təsirə malik sintetik narkotik vasitələrin satışı ittihamı ilə üzləşib.

Sənətçinin vəkili Bredford Koen bildirib ki, həbs qərarı 2025-ci ilin noyabrında başlanmış cinayət işi ilə əlaqədardır. Onun sözlərinə görə, avtomobildə aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları öskürək siropu şüşəsi üzərində repçiyə aid barmaq izləri aşkar ediblər.

Vəkil xüsusi vurğulayıb ki, axtarış zamanı ifaçının özü avtomobildə olmayıb.

Bredford Koen hesab edir ki, "Kodak Black"ə qarşı irəli sürülən ittihamların hüquqi əsası zəifdir və o, bu iddialara rəsmi qaydada etiraz etməyə hazırlaşır.

"TMZ"nin məlumatına görə, Bill Kahan Kapri daha əvvəl də silah və narkotik saxlama, xəsarət yetirmə, basqın və qanunsuz daxilolma kimi əməllərə görə dəfələrlə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, "Kodak Black" "Lil B.I.G. Pac" adlı dördüncü miksteypindən sonra geniş populyarlıq qazanıb. İfaçının ilk studiya albomu olan "Painting Pictures" isə 2017-ci ildə təqdim olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər