Rəşad Nəbiyev BMT rəsmisi ilə WUF13 tədbirinə hazırlığı müzakirə edib
Dünya
158
22:10, Bu gün

Rəşad Nəbiyev BMT rəsmisi ilə WUF13 tədbirinə hazırlığı müzakirə edib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlığı (WUF13) müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Rossbax "X" sosial şəbəkəsində bildirib.

"Azərbaycanlı nazir Rəşad Nəbiyevlə dayanıqlı şəhər mobilliyi, iqlimə davamlı infrastruktur və WUF13-ün Bakıdakı transformasiya potensialı məsələlərinə dair məzmunlu müzakirələr aparıldı. İnsanyönümlü şəhərlərin maraqları naminə tərəfdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik", - o yazıb.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər