Pakistanda silahlı toqquşma zamanı iki nəfər həlak olub
Dünya
131
07 May 2026 | 23:50

Pakistanda silahlı toqquşma zamanı iki nəfər həlak olub

Pakistanın Xayber-Paxtunxva vilayətinin Bacaur rayonunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma nəticəsində iki uşaq həlak olub, dörd nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən "Dawn" qəzeti məlumat yayıb.

"Vara-Mamund ərazisində toqquşma cümə axşamı axşam saatlarında, Təhlükəsizlik Qüvvələri bu ərazidə ehtimal edilən yaraqlıların axtarışı üzrə əməliyyat keçirərkən baş verib. Malakana-Dama-Dola ərazisinin sakinləri atəş altında qalıblar", - məlumatda bildirilir.

Qeyd olunur ki, yaralılar tibbi yardım göstərilməsi üçün Xardakı rayon xəstəxanasına çatdırılıblar. Tibb müəssisəsindən bildirilib ki, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər