16:59
21°C
Bakı
İspaniya Müdafiə Nazirliyi Türkiyə istehsalı olan "Kaan" qırıcı təyyarələrini arsenalına daxil etməyi planlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə "El Espanol" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-dən "F-35" tədarükünü dayandıran ispanlar diqqətlərini Türkiyə təyyarələrin yönəldiblər.
Qeyd olunur ki, Türkiyə və İspaniya hökumətləri arasında strateji müzakirələr başladılıb və layihənin texnologiya transferinə açıq olduğu bildirilir:
"Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) şirkəti "Kaan"ın İspaniyaya mümkün satışı ilə bağlı müzakirələr hələ çox erkən mərhələdədir".
Qeyd edək ki, "Kaan" qırıcıları TUSAŞ tərəfindən istehsal olunan 5-ci nəsil çoxməqsədli döyüş təyyarəsidir.