İllərdir səhv bilirmişik - Dünyanın ən hündür dağı Everest deyilmiş
Dünya
246
11:25, Bu gün

İllərdir səhv bilirmişik - Dünyanın ən hündür dağı Everest deyilmiş

Uzun illərdir dünyanın ən hündür dağı hesab edilən Everestlə bağlı maraqlı fakt ortaya çıxıb.

Moderator.az xəbər verir ki, alimlərin sözlərinə görə, ölçü üsulundan asılı olaraq bu titul əslində Havay adalarında yerləşən Mauna Kea dağına aid ola bilər.

Everest dəniz səviyyəsindən 8 848 metr hündürlüyü ilə rekordçu sayılsa da, Mauna Kea okeanın dibindən zirvəsinə qədər ölçüldükdə təxminən 10 200 metrə çatır. Bu isə onu Everestdən daha böyük dağ kütləsinə çevirir.

Mütəxəssislər qeyd edirlər ki, Everest yenə də “dəniz səviyyəsindən ən yüksək zirvə” statusunu qoruyur. Lakin dağın ümumi hündürlüyü bazadan hesablandıqda, Mauna Kea birinci yerdə qərarlaşır. /musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər