Bizi sosial şəbəkələrdən izləyin:
Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ İranda uran zənginləşdirməsinə 20 illik moratorium tətbiqinə nail olmağa çalışır və İslam Respublikasındakı bütün zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını tələb edir.
ABŞ Administrasiyası həmçinin İsfahanda, Natanzda və Fordoda nüvə obyektlərinin sökülməsini, nüvə proqramı çərçivəsində yeraltı işlərin qadağan olunmasını və yoxlamaların aparılmasını tələb edir", - deyə nəşrdə yayılan məlumatda bildirilib.
Daha əvvəl CNN telekanalı da mənbələrinə istinadən Vaşinqton və Tehranın İranda uran zənginləşdirməsinə 10 ildən çox müddətə moratorium elan edilməsi ehtimalını müzakirə etdiyini xəbər vermişdi.