İndoneziya İran tankerləri ilə bağlı qərarını açıqladı
Dünya
136
17:15, Bu gün

İndoneziya İran tankerləri ilə bağlı qərarını açıqladı

"İndoneziya hakimiyyəti İranın ABŞ tərəfindən dəniz blokadasına alınması fonunda İslam Respublikasına aid tankerlərinin öz ərazi sularından keçməsinə mane olmaq niyyətində deyil. Çünki əks halda bu, beynəlxalq dəniz qanunvericiliyinin pozulması olacaq".

Moderator.az-ın "Jakarta Globe" nəşrinə istinadən xəbərinə görə, bunu İndoneziya Xarici İşlər Nazirliyinin mətbuat katibi Yvonne Mevenkan deyib:

"İndoneziya suları da daxil olmaqla, bütün hövzələrdə gəmiçilik qaydaları BMT-nin 1982-ci il Dəniz Hüququ haqqında Konvensiyası ilə tənzimlənir və bütün dəniz zonalarında hər cür keçidə icazə verir. Biz əminik ki, bu gəmilər öz keçidlərini beynəlxalq hüquqa uyğun olaraq reallaşdırırlar".

Mətbuat katibi vurğulayıb ki, konvensiya istənilən xarici gəmilərə boğazdan sərbəst keçməyə icazə verir. Buna baxmayaraq, İndoneziya hakimiyyəti vəziyyətə nəzarət edəcəyinə və müvafiq diplomatik kanallar vasitəsilə əlaqə saxlayacağına söz verib.

Nəşrin məlumatına görə, ötən həftəsonu təxminən 220 milyon dollar ümumi dəyərə malik neft daşıyan İran tankeri Lombok boğazına daxil olub. Daha sonra Tehrana məxsus digər bir tanker İndoneziyanın Bali və Lombok adaları arasında yerləşən boğaza daxil olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər