Avstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardı
Dünya
129
18:16, Bu gün

Avstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardı

Avstriya hökuməti Rusiyanın üç diplomatını arzuolunmaz şəxs elan edib. Həmin şəxslər casusluq fəaliyyətində şübhəli bilindikləri üçün ölkə ərazisindən çıxarılıblar.

Moderator.az məlumat verir ki, bu barədə "Reuters" xəbər yayıb.

Rəsmi qurumların açıqlamasına əsasən, buna səbəb diplomatik nümayəndəliklərin damlarında kəşfiyyat məqsədilə quraşdırıldığı ehtimal edilən antennaların aşkarlanmasıdır. Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger vurğulayıb ki, diplomatik toxunulmazlıqdan casusluq məqsədləri üçün faydalanmaq yolverilməzdir.

Ölkədən qovulan diplomatların şəxsiyyəti gizli saxlanılır. Agentliyin məlumatına görə, 2020-ci ildən etibarən Avstriya dövləti tərəfindən deportasiya olunan rusiyalı diplomatların sayı bununla da 14 nəfərə yüksəlib.

Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyi bundan əvvəl 2025-ci ilin sentyabrında Rusiyanın bir diplomatını persona non-qrata elan etmişdi. Həmin vaxt da qərarın arxasında casusluq ehtimalları dayanırdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər