Dünya
70
19:00, Bu gün

"The Guardian": ABŞ BMT-ni büdcə ixtisarı ilə hədələyir

ABŞ Prezidenti Donald Trampın komandasına daxil olan rəsmilər Vaşinqton tərəfindən irəli sürülən "yardım müqabilində ticarət" strategiyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinin ixtisarı ilə bağlı hədə-qorxu gəlirlər.

Moderator.az xəbər verir ki, bu mövzu ilə bağlı məlumatı "The Guardian" nəşri paylaşıb.

Qeyd olunub ki, Tramp hökuməti ABŞ korporasiyalarının maraqlarına hesablanmış ticarət yönümlü qərarların qəbulu məqsədilə BMT-yə və qlobal yardım sahəsinə basqıları davam etdirir. Bu tələblər yerinə yetirilməyəcəyi halda həmin qurumları maliyyə ixtisarlarının daha da genişlənməsi riski gözləyir.

Qeyd edilir ki, rəsmi Vaşinqton artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin İnsan Hüquqları Şurası və BMT-nin elm, təhsil və mədəniyyət təşkilatı olan UNESCO kimi beynəlxalq instansiyalara maliyyə yardımını böyük ölçüdə dondurub.

Mövcud iki diplomatik sənəddə ABŞ-nin öz siyasi maraqlarını qlobal ictimaiyyətə qəbul etdirmək üçün maliyyə ixtisarı hədələrindən istifadə etməyə tam hazır olduğu açıq şəkildə öz əksini tapıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər