Nəsimi rayonunda
Cəmiyyət
117
18:40, Bu gün

Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO

Nəsimi rayonunda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb. Yoxlamalar zamanı atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.

Eyni zamanda sürücülərlə profilaktik söhbətlər aparılıb. Onlara nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı üçün nə dərəcədə əhəmiyyətli olduğu izah edilib.

Nəzarət-profilaktik tədbirlər zamanı əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ekologiyanın mühafizəsinə yönəldilib.

Xatırladaq ki, ölkə ərazisində "Təmiz hava aylığı" ilə bağlı tədbirlər davam etdirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər