Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
Dünya
123
19:15, Bu gün

Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Moderator.az xəbər verir ki, görüşdə tərəflər nəqliyyat, energetika, gömrük və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

C.Yılmaz bildirib ki, normallaşma prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımlar konkret nəticələr verir.

O, həmçinin Türkiyənin Cənubi Qafqazda sabitliyin təmin olunmasına töhfə vermək niyyətində olduğunu vurğulayıb və normallaşma, iqtisadi əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində siyasətin davam etdiriləcəyini qeyd edib.

Qeyd edək ki, Cevdet Yılmaz 2013-cü ildən bəri Ermənistana səfər edən ilk yüksəkvəzifəli Türkiyə rəsmisidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər