Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət
87
19:10, Bu gün

Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirak etdiyinə görə minnətdarlığını ifadə edib.

Moderator.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə hökumət rəhbəri mətbuata bəyanatında bildirib.

"Fürsətdən istifadə edərək, sammitin təşkilindəki sıx əməkdaşlıq və tərəfdaşlığa görə Avropa İttifaqına, həmçinin bu formatın coğrafiyasının genişləndirilməsinə görə qitədən kənardakı tərəfdaşlarımıza səmimi təşəkkürümü bildirmək istəyirəm. Sülh prosesinin və regional əməkdaşlığın inkişafı kontekstində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakını və Türkiyənin vitse-prezidentinin tədbirdə olmasının vacibliyini xüsusi vurğulamaq istərdim", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə bugünkü müzakirələr sübut edib ki, dünyada artan çağırışlar fonunda regionlarda sülhün və sabitliyin genişləndirilməsi üçün səmimi dialoq və əməli həllər tələb olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər