19:17
12°C
Bakı
Ermənistan Respublikası ilə Böyük Britaniya arasında strateji əməkdaşlığa dair bəyannamə qəbul edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"Ermənistan və Birləşmiş Krallıq əlaqələrində ümumi dəyərlərə və dərinləşdirilmiş tərəfdaşlığa söykənən yeni, ümidverici bir mərhələyə qədəm qoyuruq", - deyə hökumət başçısı qeyd edib.
Bununla yanaşı, Paşinyan Şimali Atlantika Alyansının (NATO) baş katibi Mark Rütte ilə də görüşdüyünü, tərəflərin regiondakı təhlükəsizlik vəziyyətini və Ermənistan-NATO əlaqələrinin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçirdiyini vurğulayıb.