İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2026-cı il yanvarın 16-da birinci instansiya məhkəməsi keçmiş dövlət başçısını həbsə mane olmaqda təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. 2025-ci ilin yanvarında prezidentin mühafizə xidməti hüquq-mühafizə orqanları əməkdaşlarına Yun Sok Yolu Seuldakı iqamətgahında saxlamağa imkan verməyib. Bunu yalnız ikinci cəhddə reallaşdırmaq mümkün olub. Xatırladaq ki, Yun Sok Yol 2025-ci ilin aprelində prezident vəzifəsindən kənarlaşdırılıb. Sözügedən iş üzrə prokurorluq onun üçün 10 il həbs cəzası tələb edirdi. Koreya Respublikasında ümumi yurisdiksiya işləri üzrə məhkəmə sistemi apellyasiya instansiyası və Ali Məhkəmə daxil olmaqla üç pillədən ibarətdir.
Ümumilikdə Yun Sok Yol təqsirləndirilən şəxs qismində səkkiz məhkəmə prosesində iştirak edir. 2026-cı ilin fevral ayında onlardan biri - qiyam işi üzrə sabiq prezident ömürlük həbs cəzasına məhkum edilib.