Bizi sosial şəbəkələrdən izləyin:
"Arılar yalnız vizual fərqləri deyil, həm də obyektlərin sayını ayırd edə bilir..."
Arılar üzərində aparılan yeni tədqiqat onların sadə vizual qavrayışdan kənara çıxaraq say fərqini ayırd edə bildiyini ortaya qoyub.
Moderaror.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazıb.
Arılar rəqəmləri fərqləndirə bilir?
Ehtimal ki, arılar sadə bir "rəqəm hissinə" malikdirlər. Bu nəticə onların davranışının daha əvvəl düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir. Nəşrin məlumatına görə, arıların sayma qabiliyyəti uzun illərdir elmi müzakirə mövzusudur.
Təcrübələrdə onlara müxtəlif sayda elementlər olan kartlar göstərilib və müəyyən simvollarla rəqəmlər arasında əlaqə qurmağı öyrədiblər. Nəticələr təsadüfdən daha yüksək nəticə göstərib.
Vizual ipucları, yoxsa həqiqi sayma?
Bəzi alimlər isə bu nəticələrə şübhə ilə yanaşıb. Onların fikrincə, arılar rəqəmləri deyil, sadəcə daha sıx, daha parlaq və vizual olaraq daha diqqətçəkən görüntüləri seçə bilərdi.
Bu ehtimalı yoxlamaq üçün tədqiqatçılar arıların görmə imkanlarını nəzərə alan xüsusi riyazi model tətbiq ediblər. Bu model həşəratların məhdud vizual qavrayışını imitasiya edib.
Nəticədə məlum olub ki, obyektlərin sayı ilə vizual mürəkkəblik arasındakı əlaqə zəifləyir. Bu isə arıların sadəcə görüntüyə yox, real şəkildə say fərqinə reaksiya verdiyini göstərir.
Alimlərin fikrincə, bu yanaşma heyvanların idrak qabiliyyətini daha dəqiq qiymətləndirməyə imkan verir və onların davranışını insan meyarları ilə deyil, öz qavrama sistemlərinə uyğun izah etmək lazımdır.