Dünya
130
16:30, Bu gün

"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırır

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.

Moderator.az-ın xəbər verir ki, bu barədə "The New York Times" nəşrində məqalə dərc olunub.

Maskın sözlərinə görə, Sem Altman birgə yaratdıqları süni intellekt müəssisəsinin ilkin xeyriyyəçi və humanist prinsiplərinə sadiq qalmayıb. Biznesmen "OpenAI" şirkətinin onun maliyyə vəsaitlərindən, tövsiyələrindən, kadr cəlbi sahəsindəki fəaliyyətindən və şəxsi əlaqələrindən yararlandığını vurğulayıb. Bunun müqabilində o, 134 milyard dollar məbləğində təzminat istəyir.

Məşhur milyarder məhkəmədə süni intellekt texnologiyalarına da münasibət bildirib. O bu texnologiyanı "bütün xəstəliklərə son qoyub bəşəriyyəti inkişaf etdirə biləcək və ya hamımızın sonunu gətirəcək" ikitərəfli bir silaha bənzədib. Maskın qənaətinə görə, dünyanın gələcəyi "Ulduz yolu" və ya "Terminator" filmlərindəki ssenarilər üzrə formalaşa bilər. O əlavə edib ki, dünyanı ikinci ssenaridən qorumaq və birinci yola yönəltmək məqsədilə vaxtilə "OpenAI" şirkətinin həmtəsisçiləri sırasında yer alıb.

Çıxışı zamanı Mask Sem Altmanla "OpenAI" şirkətinin xeyriyyə fondu qismində fəaliyyət göstərməsi ilə bağlı ilkin müzakirələrini də xatırladıb. O bildirib ki, qurumun rəsmi nizamnaməsində "heç bir şəxsin bu fəaliyyətdən şəxsi qazanc götürməməli olduğu" xüsusilə vurğulanıb. İş adamı prosesdə Sem Altmanı "bu qeyri-kommersiya təşkilatını mənimsəməkdə" ittiham edib:

"Əgər məhkəmə qərarı ilə xeyriyyə təşkilatlarının bu cür mənimsənilməsinin qanuni olduğu təsdiqlənərsə, onda ABŞ-nin bütün qeyri-kommersiya sistemi çökəcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər