Regional Akselerasiya Mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Sazişi təsdiq edildi
Cəmiyyət
146
17:00, Bu gün

Regional Akselerasiya Mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Sazişi təsdiq edildi

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi" təsdiq edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Qeyd edək ki, saziş 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanıb.

Sənəd qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BTİ-yə bildiriş göndərməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər