17:42
10°C
Bakı
İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində "Hizbullah" təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı SAXAL yayıb.
"Əməliyyatlar zamanı hərbçilərimiz tərəfindən "Hizbullah"ın İsrail vətəndaşlarına və bölgədə fəaliyyət göstərən qüvvələrə qarşı istifadə üçün nəzərdə tutulan minaatan mərmiləri və raket ehtiyatı olan mövqeyi tapılıb. Digər bir əməliyyatın gedişatında isə içində 900 kq çəkisi olan partlayıcı qurğu yerləşdirilmiş, minalanmış çuxur aşkarlanıb. Çox güman ki, bu, həmin ərazidə əvvəllər quraşdırılmış köhnə bir qurğudur", - deyə açıqlamada qeyd olunub.