Ağ Ev: Vens danışıqlarda irəliləyiş olacağı təqdirdə İslamabada gedəcək
Dünya
255
24 Apr 2026 | 22:40

Ağ Ev: Vens danışıqlarda irəliləyiş olacağı təqdirdə İslamabada gedəcək

ABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İslamabadda keçiriləcək İranla bağlı danışıqlarda iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olarsa, Pakistana səfərə hazır olacaq.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi danışıqlardan müsbət nəticələr gözləyir və vəziyyəti Vaşinqtondan izləyəcək.

Livitt qeyd edib ki, Prezident Donald Tramp, vitse-prezident Vens və dövlət katibi Marko Rubio ABŞ-da qalaraq danışıqların gedişini izləyəcəklər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər