İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz
Dünya
264
24 Apr 2026 | 22:29

İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz

NATO İspaniyanın iştirakı olmadan öz funksiyalarını tam yerinə yetirə bilməz.

Moderator.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles "X" hesabında yazıb.

Nazirin sözlərinə görə, İspaniya NATO-nun şərq cinahında aktiv iştirak edir, quruda, dənizdə və havada müxtəlif əməliyyatlarda təmsil olunur.

O qeyd edib ki, ölkəsi alyans qarşısında bütün öhdəliklərini yerinə yetirir və bu istiqamətdə etibarlı tərəfdaşdır.

Robles əlavə edib ki, İspaniyanın NATO-ya sadiqliyi şübhə altına alına bilməz və ölkə təhlükəsizlik məsələlərində fəal rol oynamağa davam edəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər