00:05
11°C
Bakı
ABŞ-nin dövlət katibi Marko Rubio və Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Maroş Şefçoviç strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı və tədarükü sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qərb KİV-i məlumat yayıb.
"Bu resursların bir və ya iki məntəqədə cəmləşməsi qəbuledilməz risk yaradır. Biz tədarük zəncirlərini şaxələndirməliyik", - deyə Rubio sənədin imzalanması ərəfəsində bildirib.
Onun sözlərinə görə, Brüssellə ilkin razılaşma Qərb müttəfiqləri arasında faydalı qazıntıların tədarük zəncirlərinin təmin olunmasının iqtisadi uğur üçün əhəmiyyətinə dair anlayışın artdığını göstərir.