Rusiya və Pakistan XİN başçıları Körfəz regionundakı vəziyyəti müzakirə edib
Dünya
308
24 Apr 2026 | 22:00

Rusiya və Pakistan XİN başçıları Körfəz regionundakı vəziyyəti müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər Fars körfəzi regionunda yaranmış vəziyyəti və İran-ABŞ danışıqları fonunda baş verən prosesləri müzakirə ediblər.

Lavrov Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Danışıq zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri də müzakirə olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər