İran XİN Əraqçinin Pakistan, Rusiya və Omanda müzakirə edəcəyi məsələləri açıqlayıb
Dünya
260
24 Apr 2026 | 21:50

İran XİN Əraqçinin Pakistan, Rusiya və Omanda müzakirə edəcəyi məsələləri açıqlayıb

İran xarici işlər naziri Abbas Əraqçinin Pakistan, Rusiya və Omana səfərlərində müharibənin başa çatdırılması istiqamətində son səylər ətrafında fikir mübadiləsi aparılacaq.

Moderator.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, İran xarici işlər nazirinin Pakistan, Rusiya və Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcəyini bildirib.

Bəqayinin sözlərinə görə, bu səfərlər çərçivəsində İranın həmin ölkələrlə ikitərəfli münasibətləri ilə yanaşı, regiondakı proseslər, eləcə də müharibənin başa çatdırılması və bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səylərin son vəziyyəti müzakirə olunacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər