ABŞ Konqresi nazirliyi pulsuz qoyub
Dünya
244
17:30, Bu gün

ABŞ Konqresi nazirliyi pulsuz qoyub

"Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər".

Moderator.az xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Markueyn Mallin "Fox News" telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, buna səbəb ABŞ Konqresinin sözügedən nazirliyin büdcəsini razılaşdıra bilməməsi nəticəsində yaranan vəsait qıtlığıdır.

"Vəsaitlər inanılmaz dərəcədə tez tükənir. Prezident isə maliyyələşdirməni uzatmağa imkan verəcək daha bir fərman verə bilməz, çünki artıq pul yoxdur", - deyə Mallin əlavə edib.

O vurğulayıb ki, maaşların verilməməsi ölkənin təhlükəsizliyinin təmin olunmasına, xüsusən də qeyri-qanuni miqrasiya ilə mübarizəyə və hava limanlarında sərnişinlərin yoxlanılması prosesinə kəskin dərəcədə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, fevralın 14-də ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi maliyyənin olmaması səbəbindən öz fəaliyyətini qismən dayandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər