Rəsmi Pekin Trampın Çindən İrana göndərilən “hədiyyə”nin ələ keçdiyinə dair iddialarını təkzib edib
Dünya
316
17:00, Bu gün

Rəsmi Pekin Trampın Çindən İrana göndərilən “hədiyyə”nin ələ keçdiyinə dair iddialarını təkzib edib

Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın İran bayrağı altında üzən və ABŞ hərbçiləri tərəfindən saxlanılan gəminin Çindən “hədiyyə” daşıması haqda iddialarını təkzib edib.

Moderator.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun jurnalistlərə bildirib.

“Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Bir daha vurğulamaq istəyirəm ki, Çin məsuliyyətli böyük dövlət kimi beynəlxalq öhdəliklərini yerinə yetirməkdə həmişə nümunə olub”, - o vurğulayıb.

Qeyd edək ki, Tramp ötən gün “Touska” adlı yük gəmisinin Çindən “hədiyyə” daşıdığını bildirərək Pekini razılaşmalara əməl etməməkdə ittiham edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər