NYT: Tehrandan cavab verilmədiyi üçün Vensin Pakistana səfəri təxirə salınıb
Dünya
270
21 Apr 2026 | 23:10

NYT: Tehrandan cavab verilmədiyi üçün Vensin Pakistana səfəri təxirə salınıb

ABŞ Vitse-prezidenti Cey Di Vensin İranla danışıqlar üçün İslamabada səfəri qeyri-müəyyən müddətə təxirə salınıb, çünki Vaşinqton öz danışıqlar mövqeyinə Tehrandan cavab almayıb.

Moderator.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) nəşri amerikalı rəsmiyə istinadən yazıb.

Qeyd olunub ki, Vensin səfəri ləğv edilməyib, danışıqlar "istənilən an" bərpa oluna bilər, hərçənd ABŞ Prezidenti Donald Tramp uzunmüddətli razılaşma olmadan atəşkəsin müddətini uzatmaq istəmədiyinə işarə edib.

CNN-in məlumatına görə, Vens hələ də ABŞ-dədir və çərşənbə axşamı günorta saatlarında görüş üçün Ağ Evə gəlib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər