Dünya
266
21 Apr 2026 | 22:27

"Telegram" Rusiyada cərimələndi

Rusiyada Moskvanın Taqanski Məhkəməsi "Telegram" mesencerini Rusiyada qadağan olunmuş kontenti silməməkdə təqsirli bilib.

Bu barədə Moderator.az "İnterfaks"a istinadən xəbər verir.

"Telegram Messenger Inc."ə 7 milyon rubl (160 min manat) məbləğində cərimə şəklində inzibati cəza tətbiq edilsin", - deyə hakim məhkəmənin qərarını səsləndirib.

Qeyd edək ki, "Telegram" Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 4-cü hissəsində (Rusiya Federasiyasında girişi məhdudlaşdırılan məlumata və ya informasiya resurslarına girişin məhdudlaşdırılması prosedurunun pozulması) nəzərdə tutulan cinayətdə təqsirli bilinib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər