Tramp səkkiz qadının şəklini paylaşıb İrandan xahiş etdi - FOTO
Dünya
262
21 Apr 2026 | 22:26

Tramp səkkiz qadının şəklini paylaşıb İrandan xahiş etdi - FOTO

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini qadınları həbsdən azad etməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" platformasındakı hesabında "X" sosial şəbəkəsində paylaşılmış bir görüntünün skrinşotunu yayımlayaraq bildirib.

Tramp səkkiz qadının şəklini paylaşıb İrandan xahiş etdi - FOTO

"Yaxın zamanda mənim təmsilçilərimlə görüşəcək İran rəhbərliyinə səslənirəm: Həmin qadınları sərbəst buraxsanız, sizə böyük minnətdarlığımı bildirərəm. Əminəm ki, onlar da sizin bu addımınızı yüksək qiymətləndirəcəklər. Lütfən, onlara heç bir xətər yetirməyin! Bu addım gələcək danışıqlarımız baxımından möhtəşəm başlanğıc ola bilər. Mövzunu diqqət mərkəzinə gətirdiyiniz üçün təşəkkür edirəm", - deyə Donald Tramp qeyd edib.

Sözügedən paylaşım Eyal Yakoby adlı istifadəçi tərəfindən yayımlanıb və şəkildəki qadınların kimliyi barədə məlumat verilməyib.

Bir sıra sosial şəbəkə istifadəçiləri isə həmin görüntülərin süni intellekt vasitəsilə hazırlandığını iddia edirlər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər