Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin güc strukturlarında aparılacaq kadr dəyişiklikləri barədə məlumat verib.
Moderator.az "İnterfax" agentliyinə istinadən verdiyi xəbər verir ki, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
"Hökumətin strukturuna hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə ediləcək. Bu vəzifəni hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Mamuka Mdinaradze icra edəcək. Ona, həmçinin baş nazirin müavini vəzifəsini icra etmək tapşırılacaq", - deyə İ.Kobaxidze qeyd edib.
Dəyişikliklərə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə hazırkı daxili işlər naziri Qeka Qeladze gətiriləcək. Daxili işlər naziri vəzifəsini isə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Sulxan Tamazaşvili icra edəcək.