"İran ABŞ silahlı qüvvələri dəniz blokadasını qaldırmayana qədər Vaşinqton ilə danışıqların ikinci raundunu keçirməyəcək".
Moderator.az xəbər verir ki, bu sözləri İran parlamentinin deputatı Əhməd Naderi SNN telekanalının efirində bildirib.
Daha əvvəl CNN telekanalı İran-ABŞ danışıqlarının aprelin 22-də İslamabadda keçirilməli olduğu barədə məlumat yaymışdı.
Əhməd Naderinin sözlərinə görə, İran nümayəndə heyəti Pakistana yola düşməyib:
"Bizim komandamızın danışıqlarda iştirakı barədə məlumat tamamilə yalandır".
"İran tərəfi hələlik danışıqların yeni raundunda iştirakını təsdiqləməyib", - deyə İranın informasiya və teleradio yayımı naziri Attaulla Tarar bildirib.
"Pakistan İran rəhbərliyini danışıqların ikinci raundunda iştirak etməyə razı salmaq üçün səmimi səylər göstərib və bu səylər davam edir", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
"Reuters" mənbələrinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hələlik Pakistana yola düşməyib, lakin Amerika nümayəndə heyəti yaxın vaxtlarda İslamabada uçmağı planlaşdırır.
Qeyd edək ki, İran və ABŞ arasındakı atəşkəs aprelin 22-də başa çatır.