Türkiyə Yunanıstana NOTA VERDİ
Dünya
236
20:00, Bu gün

Türkiyə Yunanıstana NOTA VERDİ

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və Şərqi Aralıq dənizi ilə bağlı paylaşdığı bəzi xəritələrin hüquqi qüvvəsinin olmadığını bəyan edib.

 

Moderator.az xəbər verir ki, bu barədə nazirlik Yunanıstanın Balıqçılıq Nəzarəti İdarəsinin rəsmi saytında yer alan xəritə və məhdudiyyətlərlə bağlı açıqlama yayıb.

 

Bildirilib ki, həmin xəritələrdə Yunanıstanın səlahiyyət zonasından kənarda qalan ərazilərdə balıqçılıq qadağaları tətbiq olunur və bu addımlar beynəlxalq hüquqa ziddir. Nazirlik qeyd edib ki, Türkiyə ilə Yunanıstan arasında mövcud olmayan "xəyali dəniz sərhədləri"ni əks etdirən bu xəritələr qəbuledilməzdir.

 

Açıqlamada vurğulanıb ki, Türkiyənin dəniz səlahiyyətlərini pozan belə xəritələr heç bir hüquqi qüvvəyə malik deyil və Yunanıstanın 6 dəniz mili sərhədindən kənarda tətbiq etdiyi məhdudiyyətlər Ankara tərəfindən qəbul olunmur.

 

Nazirlik, həmçinin Türkiyə balıqçılarının beynəlxalq hüquqa və tarixi hüquqlara əsaslanan fəaliyyətlərini qoruyacağını, bu sahədə hər hansı birtərəfli addımları qəbul etməyəcəyini bəyan edib.

 

Sonda iki ölkə arasında dialoqun əhəmiyyəti vurğulanaraq, məsələlərin beynəlxalq hüquq və yaxşı qonşuluq prinsipləri əsasında həllinin vacibliyi qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər