Həyatda olan ən böyük Azərbaycanlı yazıçı ilə görüş olacaq - FOTO
Cəmiyyət
246
20:41, Bu gün

Həyatda olan ən böyük Azərbaycanlı yazıçı ilə görüş olacaq - FOTO

Məşhur yazıçı, şair, dramaturq, tərcüməçi Seyran Səxavətlə daha bir görüş olacaq. Bu haqda Moderator.az-a xəbər portalına yazıçının özü məlumat verib.

 

Görüş aprelin 24-də sat 14-də "Ustaddan öyrən" layihəsi çərçivəsində Bakı Dövlət Univsitetinin və "BDU köbüllüləri"nin təşkilatçılığı ilə Universitetin 3 saylı tədris korpusundakı dairəvi zalda keçiriləcək.

Həyatda olan ən böyük Azərbaycanlı yazıçı ilə görüş olacaq

Məlum olduğu kimi, istedadlı yazıçının bu il 80 yaşı tamam olub. Daha əvvəl 80 illik yubiley çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında - Mərkəzi Elmi Kitabxanada, eləcə də, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında izdihamlı və təntənəli tədbirlər keçirilib. Bundan başqa Yazıçılar İttifaqının Natəvan klubunda Seyran Səxavətin 5 cildlik külliyyatının 3 cildinin təqdimatı yüksək səviyyədə keçib, böyük oxucu marağına səbəb olub. Bu dəfə isə yazıçı məzunu olduğu Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə bir araya gələcək. Seyran Səxavət bu qocaman ali təhsil ocağının şərqşünaslıq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə farsdilli ölkələrdə - İranda, həmçinin Əfqanıstanla bağlı tərcüməçi kimi işləyib.

7 roman, onlarla povestlərin, hekayələrin müəllifi olan Seyran Səxavətin pyesləri ölkənin müxtəlif teatrlarında tamaşaya qoyulub. Ədibin əsərləri dünya xalqlarının 60-dan dilinə tərcümə edilib və onlarla ölkədə çap olunub.

Onu da deyək ki, son bir neçə ayda ABŞ, Türkiyə, Belçika, Fransa, İspaniya, İtaliya, Niderland və başqa ölkələin media orqanlarında Seyran Səxavətin yubileyi münasibətilə haqqınnda yazılar dərc edilib, yaradıcılığı geniş təhlil olunub. Yazıçının haqqında dərc olunmuş yazılardan birinin müəllifi onu hazırda "həyatda olan ən böyük Azərbaycanlı yazıçı" kimi xarakterizə edib. Seyran Səxavət həmçinin Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi ilə bağlı könüllü ictimai missiyanın daşıyıcısı kimi tanınır. Mahir publisist kimi də seçilən Seyran Səxavət indiyədək 7 mindın çox müsahibə verib, bu müsahibələrdə ölkənin və dünyanın aktual problemlərinə dair öz fikirlərini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər