12:27
14°C
Bakı
Yaponiyanın nüvə obyektləri zəlzələ və sunamidən sonra normal fəaliyyət göstərir.
Moderator.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu barədə sosial mediada məlumat verib.
"Yaponiya BAEA-ya məlumat verib ki, bu gün baş verən 7.5 bal gücündə zəlzələdən və sunami xəbərdarlığından sonra təsir altındaq bölgələrdəki nüvə obyektlərində heç bir nasazlıq yoxdur", - agentliyin açıqlamasında deyilir.
Qeyd olunub ki, Hiqaşidori, Onaqava, Fukuşima-1 və Fukuşima-2 atom elektrik stansiyaları normal fəaliyyət göstərir. Tokio Elektrik Enerjisi Şirkəti stansiyaların ətrafındakı radiasiya səviyyəsinin dəyişmədiyini təsdiqləyib.