19:34
14°C
Bakı
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Onun sözlərinə görə, İranın nüvə aktivləri ilə bağlı pul mübadiləsi heç bir formada baş tutmayacaq. Belə ki, ABŞ möhtəşəm B2 bombardmançı təyyarələrinin yaratdığı bütün nüvə “tozu”nu götürəcək.
“Bu razılaşmanın Livana heç bir şəkildə aidiyyəti yoxdur. Amma ABŞ ayrıca olaraq Livanla işləyəcək və lazımi tərzdə Hizbullah məsələsi ilə məşğul olacaq. İsrail daha Livanı bombalamayacaq. Onların bunu etməsinə ABŞ tərəfindən qadağa qoyulub. Bəsdirin daha!”