19:28
14°C
Bakı
İrana qarşı dəniz blokadası qüvvədə qalacaq.
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O qeyd edib ki, Hörmüz boğazı tamamilə açıqdır, ticarət və tam keçid üçün hazırdır.
Tramp bildirib ki, lakin bununla belə, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq.
“Bu, İranla razılaşmamız 100% tamamlana qədər davam edəcək. Bu proses çox cəld şəkildə irəliləməlidir. Maddələrin çoxu artıq razılaşdırılıb”, - Tramp vurğulayıb.